8 oktyabr 2015 15:20
Əsgər Abdullayev: Məndə belə informasiya yoxdur
Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayev "Neftçi" klubunun Müşahidə Şurasının üzvləri arasında yer alacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məndə belə bir informasiya yoxdur. Amma "Neftçi" mənim üçün doğma klubdur. Futbol oynamağa orada başlamışam, karyeramı bu klubda bitirmişəm. Belə bir klubda çalışmaq böyük şərəf və məsuliyyətdir. Belə təklif gəlsə, ona baxmağa şad olaram".
