8 oktyabr 2015 14:00

Mahmud Qurbanov: Milli yaxşı nəticələrə imza atmasaydı, İtaliya ilə oyunda ajiotaj olmazdı

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Azərbaycan yığmasının yeni bazası barədə nə deyə bilərsiniz?
- Yeni baza xoşuma gəldi. Burada hər cür şərait var. Hələ ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq edirik. Amma bazada da təbii ot örtüyünə malik meydança inşa olunur. Böyük ehtimalla növbəti toplanışımıza qədər həmin meydança tam hazır olacaq. Yığmamızın belə bir bazası olmalı idi.

- İtaliya və Bolqarıstanla seçmə mərhələ oyunlarına hazırlıq necə gedir?
- Həmişəki kimi, yaxşı hazırlaşmağa çalışırıq. Komandada atmosfer yüksək səviyyədədir. 22 futbolçunun hamısı məşqlərdə iştirak edir.

- İtaliya ilə oyunda böyük ajiotaj gözlənilir. Bu matçdan nə gözləyirsiniz?
- Millimiz artıq dörd rəsmi oyundur ki, uduzmur. Bu dəfə isə dördqat dünya çempionu ilə qarşılaşacağıq. Ona görə də ajiotajın yüksək olması normaldır.

- Sizcə, bu ajiotaj məhz İtaliya yığmasının Bakıya gəlməsi ilə əlaqədardır, ya Azərbaycan millisinin son nətcələrindən irəli gəlir?
- Azərbaycan yığması son oyunlarda yaxşı nəticələrə imza atmasaydı, çətin ki, belə ajiotaj olardı.

- Şanslar barədə nə düşünürsünüz?
- Proqnoz verməyəcəyəm. Amma yaxşı nəticəyə imza atmaq üçün şansımız var. Biz doğma meydanda İtaliya yığmasına müqavimət göstərə bilərik.

- Yaxşı nəticə qazanmaq üçün qol vurmaq lazımdır. Amma hazırda millidə hücumçu çatışmazlığı var. Rauf Əliyev zədəlidir. Millidə olan futbolçuların da heç biri klublarındakı son oyununda qol vurmayıb. Sizə elə gəlmir ki, bu, ciddi problemdir?
- Xeyr. Hücumçu çatışmazlığına baxmayaraq, komandamızda qol vurmağı bacaran futbolçular var. Mən bu məsələdə optimistəm.

- İtaliya ilə Bakı Olimpiya stadionunda oynayacağımızı nəzərə alsaq, komanda üzvlərində həyəcan var?
- Olsa da, xoş həyəcandır. Yəni hər bir futbolçu intizarla bu görüşü gözləyir. Yığmamız müsbət nəticəyə köklənib. Oyunu izləmək üçün stadiona çoxlu azarkeşin gəlməsi gözlənilir ki, bunun özü də yaxşı məqamdır. Stadion nə qədər böyük, azarkeşlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Komandamızda belə böyük arenalarda, çoxlu azarkeş qarşısında oynamış futbolçular çoxdur.

- Bəs Bolqarıstanla görüşdən nə gözləyirsiniz?
- Hazırda bütün diqqətimiz İtaliya ilə görüşə yönəlib. Hələ Bolqarıstanla qarşılaşma barədə heç kim düşünmür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.