8 oktyabr 2015 12:00

Deni Qaysumov: Ən böyük arzum Robert Prosineçkinin köməkçisi olmaqdır

Azərbaycan yığmasının sabiq müdafiəçisi Deni Qaysumovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığmasını qarşıda ciddi sınaq gözləyir. Millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyanı qəbul edəcək. Bu oyun öncəsi şanslar barədə nə düşünürsünüz?
- Yığmamızın istənilən rəqibə qarşı yüksək səviyyədə oynayıb, yaxşı nəticə qazanacaq gücdə olduğuna əminəm. Problem sadəcə, psixologiyadadır. Qarşıdak oyun ərəfəsində də yığmamızın psixoloji cəhətdən hansı vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir. Uşaqlar özləri inanmalıdırlar ki, istənilənrəibə qarşı oynayıb, nəticə qazana bilərlər. Onlar hər bir oyunda özlərinə inanmalı və sonadək diqqətli oynamalıdırlar. Fikrimcə, İtaliya ilə oyunda da elə olacaq. Düzdür, rəqib dünyanın ən güclü komandalarındandır. Amma millimiz artıq qrupumuzun digər güclüsü Xorvatiyadan Bakıda xal almağı bacarıb. Mümkünsüz heç nə yoxdur.

- Avropa Liqasında çıxış edən "Qəbələ"nin bir müddət öncə Rusiya "Krasnodar"ına qarşı keçirdiyi oyunu izlədiniz?
- Bəli, oyuna baxdım. "Qəbələ" ilk dəqiqələrdən ehtiyatlı oynayırdı. Bunun da nəticəsi kimi öz qapısında qol gördü. Amma sonradan layiqli futbol sərgiləməyə başladılar. Əlbətə, hücumda olarkən son dəqiqələrdə qol buraxmaq çox üzücü idi. Təəssüf ki, "Qəbələ" belə oyunla məğlub oldu. Rusiyada "Qəbələ"yə müsbət yanaşırlar. Bu komandadan belə oyun gözləmirdilər. Amma "Qəbələ" öz oyunu ilə diqqət çəkməyi bacardı.

- Bir qədər də sizdən danışaq. Özünüzə iş tapmısınız?
- Çeçenistandakı komandalardan birində çalışıram. Bu, mənim ilk ilimdir. Ona görə də hələ komanda formalaşdırmağa çalışırıq. Çempionatda da çıxış edirik. Hazırda üçüncü yerdə gedirik. Mənim komandamdan "Terek"in əvəzedici komandasına iki 17 yaşlı futbolçu keçib. Bunun özü də bir uğurdur. Halbuki, onlarla cəmi 6 ay çalışmışdım.

- Azərbaycan futbolunu izləyirsiniz?
- Bəli, idman saytlarından xəbər tutmağa çalışıram. İnanın ki, ən böyük arzum Azərbaycan yığmasında Robert Prosineçkinin köməkçisi olmaq idi. Bilirsiniz, niyə? Çünki əvvəllər yığmada oynamışam. İndi isə məşqçi kimi faydalı olmaq istəyirəm. Prosineçki ilə çalışmaq özümə də maraqlıdır. Həm də özümü məşqçi kimi sübut etmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.