8 oktyabr 2015 00:50

İtaliya və Bolqarıstan ilə oyunlara 0 qolla

Azerisport.az sizi ənənəvi olaraq, Azərbaycan yığmasının üzvlərinin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya (10 oktyabr) və Bolqarıstanla (13 oktyabr) oyunlar öncəsi klublarının heyətindəki göstəriciləri ilə tanış edir.

Qapıçılar

Kamran Ağayev Türkiyə PTT 1-ci liqasının 7-ci turu çərçivəsində "Karşıyaka"nın heyətində "Alanyaspor"a qarşı oyunda iki qol buraxıb (2:2). 90 dəqiqəq meydanda olan millimizin əsas qolkiperi epizodların birində penalti qaytarmaqla diqqət mərkəzinə düşsə də, rəqib məhz təkrar zərbə ilə hesaba tarazlıq gətirib.

Aqil Məmmədovla ("Neftçi") Anar Nəzirovun ("Zirə") komandaları Topaz Premyer Liqasının 7-ci turunda bir-biri ilə qarşılaşıb. Onların duelindən Nəzirov qalib ayrılıb. Belə ki, Aqilin 2 qol buraxdığı oyunda Anarın komandası 2:0 hesablı qələbəyə sevinib. Hər iki futbolçu 90 dəqiqə meydanda olub.

Müdafiəçilər

Tərlan Quliyev "Kəpəz"in heyətində "Sumqayıt" üzərində qələbədə (3:1) pay sahibi olub.

"Qarabağ"ın futbolçuları - Maksim Medvedev, Bədavi Hüseynov və Rəşad Sadıqov "İnter"ə qarşı səfər matçının (2:0) iştirak ərizəsində yer almayıb. Əvəzində onlar həmin oyundan iki gün öncə baş tutan Belçika "Anderlext"i ilə ev matçında (1:0) 90 dəqiqə mübarizə aparıblar.

Arif Daşdəmirov, Ruslan Abışov və Məhəmməd Mirzəbəyov "Qəbələ"nin "Xəzər Lənkəran" üzərindəki qələbəsində (6:0) pay sahibi olublar. Ariflə Ruslandan fərqli, Məhəmməd qarşılaşmanın 46-cı dəqiqəsindən etibarən meydana çıxıb.

Pavel Paşayev Zaporojye "Metallurq"unun heyətində Ukrayna çempionatı çərçivəsində Donetsk "Olimpik"i ilə ev oyununda darmadağına üzülüb. 90 dəqiqə meydanda olan millimizin üzvü sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Yarımmüdafiəçilər

Rəşad Sadiqov "Qəbələ"nin "Xəzər Lənkəran" üzərindəki qələbəsini ehtiyat oyunçular skamyasından izləyib.

Elvin Məmmədovla Əfran İsmayılov "İnter"lə qarşılaşmada 90 dəqiqə meydanda olublar. Qara Qarayevin adı isə bu görüşün iştirak ərizəsində yer almayıb.

Dmitri Nazarov Almaniya ikinci Bundesliqasının 10-cu turu çərçivəsində "Karlsrue"nin heyətində "Frayburq"la qarşılaşmada (1:1) 81 dəqiqə meydanda olub.

Toğrul Erat isə ikinci Bundesliqanın son turunda "Fortuna"nın əsas komandasının "Kayzerslautern"ə böyük hesabla uduzduğu görüşü (0:3) ehtiyat oyunçular skamyasından izləyib. Əvəzində o, bu klubun U-23 komandasının heyətində "Verl"ə qarşı ev oyununda (1:4) 90 dəqiqə mübarizə aparıb.

Rahid Əmirquliyev "Xəzər Lənkəran"ın heyətində "Qəbələ"yə böyük hesabla uduzduqları göüşdə 90 dəqiqə meydanda olub.

Rəhman Hacıyev "Neftçi"nin "Zirə" ilə görüşündə 90 dəqiqə mübarizə aparıb.

Eddi İsrafilov İspaniya La Liqasının 7-ci turu çərçivəsində "Las Palmas"la ev oyununda (2:0) 69-cu dəqiqədən etibarən "Eybar"ın heyətində meydanda olub.

Hücumçular

Ruslan Qurbanov "Neftçi"nin "Zirə"yə qarşı oyununda 64 dəqiqə meydanda olub.

Elnur Cəfərov da "Xəzər Lənkəran"ın Qəbələdəki darmadağınında 90 dəqiqə mübarizə aparıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.