7 oktyabr 2015 16:30

Bədavi Hüseynov: Anderlext üzərindəki qələbəni unudub, növbəti görüşlərə hazırlaşmalıyıq

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- "İnter"lə son çempionat oyunu barədə nə deyə bilərsiniz?
- "İnter"in əsas rəqiblərimizdən biri olduğunu başa düşürdük. Son dövrlər bu komanda çox yaxşı oyun sərgiləyirdi. Çətin olacağını bilirdik. Elə də oldu. "İnter"in də bizə qol vurmaq şansları var idi. Amma xoşbəxtlikdən biz qalib gələn tərəf olduq.

- Yəqin ki, bu matçda ən yaddaqalan epizodun "İnter"in qapısına təyin olunan penalti olduğunu etiraf edərsiniz...
- "İnter"in qapıçısı Georgi Lomayanın topa oynadığını hamı gördü. Amma hakimlər də hərdən səhv edə bilərlər. Bu, normaldır. Belə epizodlarda feyr-pleyə əməl etmək lazımdır.

- Belçika "Anderlext"i ilə Avroliqa oyunundan sonra yorğunluq yox idi?
- Bəli. Belçikalılarla oyun bizim üçün çox ağır oldu. "Anderlext" çox güclü komandadır.

- Amma komandanız hər iki oyunda qalib gələ bildi...
- "Anderlext"in güclü və zəif cəhətlərini yaxşı bilirdik. Baş məşqçi onların oyununu yaxşı analiz etmişdi. Ona görə də Qurban Qurbanovun bütün tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışırdıq. Sonda da istəyimizə nail ola bildik.

- Riçard Almeydadan belə gözəl qol gözləyirdiniz?
- O, matçı yüksək səviyyədə keçirdi. Ona görə də Riçardın belə gözəl qol vurmasına təəccüblənmədim. O, "Qarabağ" üçün çox vacib futbolçudur.

- "Anderlext"lə oyunda əvvəlki görüşlərdəki qədər azarkeş yox idi. Sizcə, bunun səbəbi nə idi?
- Bunun nə ilə bağlı olduğunu dəqiq deyə bilmərəm. Ola bilsin ki, bilet satışı ilə, ola bilsin ki, matçın gec saatda başlaması ilə. Biz təbii ki, tribunalara daha çox azarkeşin gəlməsini istəyirik. "Anderlext"lə oyunda bizi dəstəkləməyə gələn azarkeşlərin də hamısına təşəkkürümü bildirirəm.

- "Qarabağ" qrupunda ikinci yerdə gedir. Yəqin ki, siz bundan razısınız. Mövqeyinizi sona qədər qoruya biləcəksiniz?
- Biz bununla razılaşa bilmərik. Cəmi iki oyun keçirmişik. Bizi hələ daha ağır oyunlar gözləyir. "Anderlext"lə görüşü unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- Növbəti rəqibiniz Fransa "Monako"sudur. Bu görüşdə xal qazana biləcəksiniz?
- "Monako"nun xüsusi təqdimata ehtiyacı yoxdur. Bu klubda ulduz futbolçular çıxış edir. Onlar "Tottenhem"lə heç-heçə etmişdilər. Bizi də çox çətin oyun gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.