7 oktyabr 2015 11:30

Kazbek Tuayev: Bu, dünya çempionu olmuş İtaliya deyil, onlardan qorxmamalıyıq

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi

- Yığmamızın İtaliya ilə qarşıdakı seçmə mərhələ oyunu barədə nə düşünürsünüz?
- Heç kim üçün sirr deyil ki, rəqibimiz yüksək səviyyəli komandadır. Onlar Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək üçün qələbə qazanmaq istəyirlər. Rəqibin kifayət qədər yüksək motivasiyaya malik olduğunu demək olar. Amma bu, dünya çempionu olmuş İtaliya deyil. Əlbəttə, hələ də Buffon, Kyellini, Pirlo kimi güclü ifaçılara malikdir. Çox yaxşı baş məşqçiləri var. Amma oyun baxımından problemləri də mövcuddur.

- Sizcə, bu, bizim üçün şansdır?
- Düzgün oyun qursaq, bunun bəhrəsini görə bilərik. İtalyanlarla uğurlu oynamaq üçün kifayət qədər təcrübəmiz var.

- "Uğurlu" deyərkən nəyi nəzərdə tutursunuz?
- Biz qələbəyə oynaya bilərik və oynamalıyıq. Ümid edirəm ki, futbolçularımız qarşıdakı oyuna məhz belə döyüşkən ruhla çıxacaqlar. Onlardan qorxmamalıyıq.

- Yığmamızın son dörd rəsmi oyunda uduzmaması nədənsə xəbər verir?
- Bu, bir daha komandamızın yaxşı şansa malik olmasından xəbər verir. Millimiz məğlubiyyətsiz seriyasını davam etdirə bilər. Ardından Bolqarıstanla da oyun var. Onlarla görüş çətin olacaq. Son iki oyuna qrupda bolqarları qabaqlamaq barədə düşünərək çıxmaq lazım deyil. Sadəcə, nəticə qazanmaq barədə düşünmək lazımdır. Çünki onsuz da bolqarları qabaqlamaq, dördüncü olmaq bizə heç nə verməyəcək. Əsas seçmə mərhələni layiqli şəkildə başa vurmaqdır.

- İtaliya ilə oyun yeni Olimpiya stadionunda keçiriləcək...
- Bu, əlbəttə, ölkəmiz üçün bayramdır. Amma digər tərəfdən rəqib belə böyük azarkeş kütləsi qarşısında oynamaqla özünü komfortda hiss edəcək. Bizim futbolçular isə belə halla çox qarşılaşmayıblar. Lakin belə bir stadionu dördqat dünya çempionu ilə oyunda açmaq hər şeyə dəyər.

- Bu görüş həm də Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun millimizdəki 100-cü oyunu kimi tarixə düşəcək...
- Ümid edirəm ki, bu oyun onun üçün də uğurlu alınacaq. Nəhayət ki, bizim də millidə 100 oyun keçirmiş futbolçumuz olacaq. Bu, futbolumuz üçün yaxşı nəticədir. Rəşadın bu uğuru digər futbolçular üçün də yaxşı nümunə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.