6 oktyabr 2015 15:00

Georgi Nikolov: AFFA İK-nın qərarı hakimləri xilas etdi

"İnter"in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi

- AFFA tərəfindən 14 000 manat məbləğində cərimə olunmağınız sizin üçün gözlənilməz oldu?
- Bu, bizim üçün çox sərt cəzadır. Niyə belə alındığını da anlamıram. Biz nə pis hərəkət etmişik ki? Biz bu qərardan apellyasiya şikayəti verəcəyik. Bununla razılaşmaq fikrimiz yoxdur.

- Futbolçularla söhbət etmisiniz?
- Oyundan dərhal sonra Zurab Xizanişvili ilə söhbətləşdim. O mənə dedi ki, hakimi söyməyib. Mən ona inanıram. Çünki sakit insandır. Uzun müddət İngiltərə çempionatında çıxış edib. Əksinə, Zurab mənə dedi ki, hakim özü söyüş söyürmüş. Bu da ona cavab olaraq əlini yelləyib və hakim ona qırmızı vərəqə göstərib. Söyüş söymək nə hakimlərə, nə də futbolçulara yaraşır.

- Bəs Georgi Lomaya?
- O, sonuncu ümid foluna görə qırmızı vərəqə almışdı. Halbuki, orada elə qayda pozuntusu yox idi. İK-nın qərarı çox sərtdir. Bizim maliyyə vəziyyətimiz hər kəsə yaxşı bəllidir. Üstəlik, kadr problemlərimiz də var. Səlahət Ağayev zədəlidir və 2-3 həftədən tez sıraya dönə bilməyəcək. Lomayanı da cəzalandırdılar. Gələn oyunda qapıda kim duracaq, mən? Elşən Poladov yaxşı insandır. İnanıram ki, o, qapımızı layiqli şəkildə qoruyacaq. Bəs ona da nəsə olsa, onda necə olacaq? Ümid edirik ki, Apellyasiya Komitəsi bizim lehimizə qərar qəbul edəcək.

- "İnter" bu məbləği ödəyə biləcək?
- Əlbəttə ki, yox. Hətta ən yaxşı dönəmlərimizdə bizim elə artıq pulumuz olmayıb. 14 000 manat öldürücü məbləğdir.

- Bəs komandanızın oyunundan razısınız?
- "Qarabağ"la oyunumuzu bəyəndim. Biz hazırda qol vəziyyətlərindən yaxşı yararlana bilmirik. Buna baxmayaraq, uşaqlar sonadək mübarizə apardılar. "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır. Təəssüf ki, Laşa Kasradze, Rauf Əliyev və Səlahət Ağayev zədəli olduğundan bizimlə deyil. Bunları da nəzərə alsaq, yaxşı oynadıq. Amma görüşün sonunda baş verənlər hər şeyi korladı. AFFA İK-nın bu qərarları hakimləri xilas etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.