6 oktyabr 2015 14:00

Adil Şükürov: Zirənin potensialı daha artığına nail olmağa imkan verir

"Zirə"nin baş məşqçisi Adil Şükürovun azerisport.az saytına müsahibəsi

- Komandanızın çempionatın geridə qalan 7 turundakı çıxışını necə qiymətləndirərdiniz?
- "Zirə" yeni komandadır. Biz hələ də formalaşma mərhələsindəyik. Qeyd etməliyəm ki, Premyer Liqanın 7 turu ərzindəki çıxışımız hələ bizi qane etmir. Bizim potensialımız daha böyükdür.

- İstənilən halda debütant komandanın 15 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşmasını çox adam sürpriz hesab edir...
- Mövsümə uğurlu başlamaq istəyirdik. Amma bu qədər xal toplayacağımızı planlaşdırmamışdıq. Lakin bu uğurun təsadüfi olduğunu da deməzdim. Bu, zəhmətimizin bəhrəsidir.

- Siz əsas hədəfin Premyer Liqada qalmaq olduğunu desəniz də, "Zirə" çox irəli gedib. Düzünü deyin, avrokuboklara vəsiqə qazanmaq barədə düşünürsünüz?
- İştah yemək zamanı gəlir. Amma biz hazırda bu barədə düşünmürük. Planlarımızı dəyişsək, bu, komandanın çıxışına təsirini göstərə bilər. Bizim Premyer Liqadakı mövqeymizi möhkəmləndirməyimiz lazımdır. Hazırda avrokuboklara vəsiqə qazanmaq barədə düşünmürük.

- "Qarabağ" və "Qəbələ" ilə qarşıdakı oyunlarınız "Zirə"nin gələcək hədəflərinə daha da aydınlıq gətirə bilər?
- Bizi ardıcıl olaraq Premyer Liqanın ən yaxşı klubları ilə oyunlar gözləyir. Onlara layiqli müqavimət göstərməyə çalışacağıq. Amma bu oyunların necə başa çatmasından asılı olmayaraq, qarşıda hələ üç dövrə var. Deməli, növbəti dövrələrdə çox şey dəyişə bilər. Bir daha qeyd edirəm ki, "Zirə"nin potensialı daha böyük uğurlar qazanmağa imkan verir. Bunu çempionatın sonunda görə biləcəksiniz.

- Məşqçilər adətən komanda yaratmaq, nəticə qazanmaq üçün onlara çox vaxt lazım olduğunu deyirlər. Amma sizə deyəsən belə vaxt lazım deyil...
- Necə çıxış etməyimizdən asılı olmayaraq, bizə də vaxt lazımdır. Hiss edirəm ki, hər növbəti oyunda daha yaxşı çıxış edirik. Çünki heyətdə elə futbolçular var ki, cəmi iki aydır komanda ilə birgədir.

- Komandanız artıq üçüncü yerdədir. Bəs siz dediyiniz kimi, "Zirə" potensialını açacağı halda nəyə nail ola bilər?
- Daha yaxşı oynamağa nail olsaq, üçüncü pillədəki mövqeyimizi saxlaya bilərik (gülür).

- Əvvəllər çempionluğa bir neçə klub iddia edirdisə, indi cəmi iki klub - "Qarabağ"la "Qəbələ" qızıl medallara daha iddialı görünür. "Xəzər Lənkəran", "Neftçi" və "İnter" əvvəlki qədər iddialı deyil. AZAL, "Sumqayıt", "Kəpəz" də həmçinin. Sizə elə gəlmir ki, komandanızın belə uğurlu çıxışına həm də çempionatın səviyyəsinin aşağı düşməsi təkan verir?
- Bu fikirlə razılaşmıram. Mənə elə gəlir ki, bu mövsüm favoritlər mövsümə pis start verdilər. Biz hələ mövsümün başlanğıcındayıq. Hələ qış fasiləsi, yeni transferlər olacaq. O zaman güclər balanslaşa bilər. "Xəzər Lənkəran"ın da qışdan sonra iddiasını qaytarması istisna deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.