6 oktyabr 2015 12:30

Elnur Məmmədov azarkeşlərin istefa şüarına münasibət bildirdi

"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Zirə"yə qarşı səfər oyunu zamanı azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Neftçi" kimi komanda uduzanda şübhəsiz ki, azarkeşlər kimisə günahlandırmalıdırlar. Mən azarkeşlərlə görüşdüm. Nəticədən narazı qaldıqları üçün belə istefa şüarları səsləndirən 5-6 nəfər idi. Bir neçə saniyə "istefa" qışqırdılar. Bunun qəsdən edildiyini düşünmürəm. Bu, emosional addım idi. Biz həmin azarkeşləri qınamırıq. Bizim azarkeşlərimiz, veteranlarımız ən yaxşılardandırlar. Şəxsən mən belə hesab edirəm. Azarkeşlərimizlə mütəmadi görüşürük, bundan sonra elə görüşlərimiz olacaq. Azarkeşlərimizin bu cür narazılığı komandamız üçün də bir motivasiya olmalıdır. "Qarabağ"la oyunda bizim səfərdə oynadığımızı hiss etdirməyən azarkeşləri heç vaxt unutmaq olmaz. Ona görə də azarkeşlərin bu narazılığını anlayışla qəbul etmək lazımdır".

Məmmədov "Zirə" ilə matçın hakimliyindən də danışıb: "İndi çempionat oyunları daha intensiv keçirilməyə başlayıb. Hakimlər də komandalarla ayaqlaşmaq üçün öz üzərlərində çalışmalıdırlar. Lakin hər şeyə görə hakimləri günahlandırmaq fikrimiz də yoxdur. Meydana çıxıb elə oynamaq lazımdır ki, hakimlik çıxışımıza və nəticələrimizə təsir göstərməsin. Bu mövsüm iki oyunda uduzmuşuq, hər ikisində də azlıqda qalmışıq. Bizim Tofiq Bəhramov kimi hakimimiz olub. Onun kimi mötəbər yarışları idarə edən hakimlərin olmasını çox istəyərdik. Bunun üçün isə onların öz üzərində daha çox işləməsi lazımdır. Amma hər şeydə onları günahlandırmaq da düzgün deyil".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.