5 oktyabr 2015 19:45

Vəli Qasımov: Biz Zirədən məğlub qayıdacağımızı gözləmirdik

"Neftçi"nin idman direktoru Vəli Qasımov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Çempionatın debütantına məğlubiyyəti necə qarşıladınız?
- Biz belə məğlubiyyəti gözləmirdik. Səfərdən qələbə ilə qayıdacağımızı düşünürdük.

- Yəqin ki, belə əminlik "Qarabağ"la səfər oyunundakı (1:1) inamlı çıxışdan irəli gəlirdi...
- Belə çıxır ki, futbolçularımız "Zirə" ilə oyuna lazımi qaydada köklənə bilməmişdilər.

- Üç xal səndən öndə olan komanda ilə oyuna necə lazımi qaydada köklənməmək olar?
- Biz əslində oyuna çox yaxşı başlamışdıq. Oyuna nəzarət edirdik. Amma kiçik bir səhv qolla nəticələndi. Sonra qırmızı vərəqə və məğlubiyyət qaçılmaz oldu.

- Oyundan sonra baş məşqçi Samir Əliyev qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə qoyan Fəhmin Muradbəylinin cəzalanacağını söylədi. Artıq ona hansı cəzanı verəcəyinizi müəyyənləşdirmisiniz?
- O, gənclərdən ibarət yığmamızın heyətində təlim-məşq toplanışına yollandığından söhbətimiz olmadı. Çox xoşagəlməz məqamdır. Amma oyunu analiz etmişik. Biz gördük ki, həmin ana qədər futbolçumuza qarşı çox kobudluq edilsə də, hakim buna reaksiya göstərməyib. Qırmızı vərəqə haqlı idi. Futbolçu da öz səhvini etiraf edib. Amma digər tərəfdən bunun yolverilməz olduğunu da başa düşürük.

- Bəs bütövlükdə hakimliklə bağlı nə deyə bilərsiniz? Məsələn, ikinci hissədə Ruslan Qurbanov ona qarşı qayda pozuntusu olduğunu bildirirdi və penalti tələb edirdi...
- Bu, birinci hal deyil. Gah penalti verirlər, gah vermirlər. Son dövrlər çox kobud səhvlərə yol verirlər. Bu, əlbəttə, anormal haldır.

- "Neftçi" "Qarabağ", "Qəbələ", "Zirə" və "İnter"dən ayrı düşür. Bu, sizi narahat etmir?
- Hələ mövsümün əvvəlində bilirdik ki, tam hazır deyilik. Bizim üçün hər şey yeni başlayır. Biz hələ komanda formalaşdırırıq. Sabitlik çatışmır. Komandanı başa düşmək lazımdır. Gənc oyunçular hələ güclü rəqiblərə qarşı yaxşı hazırlaşa bilmirlər. Bunun üzərində çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.