5 oktyabr 2015 18:00

Yaşar Vahabzadə: Həmin məğlubiyyətləri unutmaq lazımdır

Azerisport.az 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadənin Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandaları ilə oyun ərəfəsində fikirlərini təqdim edir.
Bir neçə gündən sonra səfərdə Avstriya yığması ilə qarşılaşacaqsınız. Oyunöncəsi komandada vəziyyət necədir?
Bu gün Avstriyaya yola düşürük. Sabahdan məşqlərə başlayacağıq. Təvəllüdü uyğun gələn və müəyyən mənada fərqlənən futbolçulara dəvət göndərmişik. Çox təəssüf ki, bəzi futbolçular müəyyən səbəblərdən komandaya qoşula bilməyiblər.
Hansı futbolçuların xidmətindən yararlana bilməyəcəksiniz?
Əsas heyətin üzvləri – Elşən Abdullayev, Coşqun Diniyev, Orxan Əliyev və Seymur Əsədov zədəli olduqları üçün bizə kömək edə bilməyəcəklər. Həmçinin şəxsi işləri ilə əlaqədar Vüqar Mustafayev Bakıda qalır. Elnur Cəfərov isə əsas millinin düşərgəsinə dəvət olunduğu üçün onun xidmətindən yararlana bilmirik.
Yığmamız evdə Bakıda keçirdiyi ilk iki oyunda məğlub oldu. Bu məğlubiyyətlərdən sonra futbolçuları psixoloji cəhətdən hazırlamaq istiqamətində hansı işləri görmüsünüz?
Toplanışımız bu gün başlayır. Qarşıdakı günlərdə futbolçuların hər bir ilə həm fərdi, həm də ümumi söhbətlərimiz olacaq. Həmin məğlubiyyətləri unutmaq lazımdır. Həyat davam edir. Bizi qarşıda daha iki oyun gözləyir. Hər iki oyun çox vacibdir. Hazırlaşmaq lazımdır.
Avstriya yığması ilə Bakıdakı oyundan əvvəl rəqib haqda geniş məlumatınız yox idi. Artıq rəqibi daha yaxşı tanıdığınızı, güclü və zəif cəhətlərini bildiyinizi demək olarmı?Açığı, heyətlə bağlı olan problemlərimiz işimizi xeyli çətinləşdirir. Bu futbolçuların yoxluğu oyunumuza mənfi mənada öz təsirini göstərəcək. Ola bilər ki, oyun sistemində müəyyən dəyişikliklər edək. Rəqibin oyunlarına dəfələrlə baxmışam. Necə futbol oynadıqlarını bilirik. Çalışacağıq ki, onlara qarşı öz oyunumuzu quraq.
AFFA

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.