5 oktyabr 2015 13:00
Millimiz yeni bazada bir araya gələcək
Azərbaycan yığması bu gündən etibarən təlim-məşq toplanışına yığışır. Azerisport.az xəbər verir ki, millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İtaliya (10 oktyabr) və Bolqarıstanla (13 oktyabr) oyunlara hazırlaşacaq.
Artıq milliyə dəvət alan bütün futbolçular Bakıya gəlib. Baş məşqçi Robert Prosineçki komandamızı mili üçün "Dalğa Arena"da yenicə inşa olunan bazada bir araya gətirəcək. Amma məşqlər İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
