5 oktyabr 2015 12:30
Ruslan Abışov: İstəməzdim ki, Xəzər Lənkəranla oyun belə alınsın
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 6:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Keçmiş komandamla oyunda belə nəticənin qeydə alınacağını gözləmirdim. İstəməzdim ki, belə olsun. "Xəzər Lənkəran"dakı vəziyyət hər kəsə bəllidir. Çempionatımızda zəif komanda yoxdur. Hər bir matça ciddi hazırlaşmaq lazım gəlir. Qarşıda bizi "Neftçi" ilə çətin oyun gözləyir. Ona qədər isə bizi yığma komandamızın oyunları gözləyir".
