5 oktyabr 2015 01:40
Yığmamızın qapıçısı yenidən əməliyyat olunacaq
Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev bu il meydana çıxmaya bilər. Azerisport.az xəbər verir ki, sentyabrın sonunda əməliyyat olunan futbolçu gələn bu həftə yenidən cərrah masasına uzanmalı olacaq.
Çənəsində infeksiya aşkarlanan futbolçuya həkimlər bu il oynamamağı məsləhət görüblər. Amma onun tam hazır olması hansı müddətə tam bərpa olmasından asılıdır. Yalnız ondan sonra futbolçu məşqlərə başlaya biləcək.
