5 oktyabr 2015 01:30
Rauf Əliyev Almaniyaya gedir: mövsümün sonunadək oynamaya bilər
Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyev əməliyyat olunmalıdır. Azerisport.az xəbər verir ki, bunun üçün o, Almaniyaya yola düşəcək.
Zədəsi ciddi olan futbolçunun yaşıl meydana dönüşü gecikə bilər. Belə ki, Əliyevin təxminən 6-7 ay futbol oynaya bilməyəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Rauf Premyer Liqanın 4-cü turu çərçivəsində "İnter"ə qarşı oyunda zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.
