5 oktyabr 2015 01:20
Sergey Zenyov: Darmadağın ilə qalib gələcəyimizi gözləmirdim
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 6:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Biz yaxşı oynadıq və qələbə qazana bildik. Amma etiraf edim ki, qələbənin belə böyükhesablı olacağını gözləmirdim. Premyer Liqanın son iki turunda ardıcıl böyük hesablarla qalib gəlməyimiz bizi çox sevindirir".
