5 oktyabr 2015 01:10
Olimpiakos Qəbələnin rəqibini məğlub etdi
Yunanıstan çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Olimpiakos"la qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 0:2 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, PAOK 6 turdan sonra 10 xalla 5-ci pillədə qərarlaşıb.
