4 oktyabr 2015 23:50
Xəzər Lənkəranın məşqçisi: Bu hesabda özünü göstərdi
"Xəzər Lənkəran"ın məşqçisi Vidadi Hüseynov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:6 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“2 əsas oyunçumuz meydançaya çıxmamışdı. Rasim Ramaldanov və Orxan Əliyev oynamırdılar. Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük. Bu da hesabda özünü göstərdi”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov səhhətində yaranmış problemlərə görə mətbuat konfransına qatılmayıb.
