4 oktyabr 2015 23:30
Yunis Hüseynov mətbuat konfransına gəlmədi
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyundan sonrakı mətbuat konfransına gəlməyib. Azerisport.az xəbər verir ki, "ağ-yaşıllar"ın 0:6 hesabıyla uduzduqları görüşdən sonra Hüseynovu qapıçılar üzrə məşqçi Vidadi Hüseynov əvəzləyib.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu mətbuat konfransında bəyan edib ki, baş məşqçi ağır məğlubiyyətdən sonra özünü pis etdiyi üçün dörd dərman atıb. Onun jurnalistlərlə görüşməkdən imtinasına da məhz səhhətinin pisləşməsi səbəb göstərilib.
