4 oktyabr 2015 22:00
Qarabağın rəqibi səfərdən xal itkisi ilə qayıtdı
İngiltərə Premyer Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" də növbəti matçını keçirib.
London klubu səfərdə "Suonsi Siti" ilə qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb.
Qeyd edək ki, "Tottenhem" hazırda 13 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.
