4 oktyabr 2015 21:00
Qəbələnin rəqibi Ufaya qalib gələ bilmədi
Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Ufa" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Krasnodar" hazırda 14 xalla 9-cu pillədə qərarlaşıb.
