4 oktyabr 2015 20:00
Nazarov oynadı, komandası 1 xal qazandı
Almaniya ikinci Bundesliqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Frayburq"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 81-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 9 xalla 14-cü pillədə qərarlaşıb.
