4 oktyabr 2015 19:30
Yığmamızın futbolçusu 90 dəqiqə oynadı, komandası uduzdu
Almaniya Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Verl"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 13 xalla 19 klub arasında 12-ci pillədə qərarlaşıb.
