4 oktyabr 2015 17:00

Tino Peres: Azərbaycan heç vaxt dünya çempionatında oynamayıb, vəziyyəti dəyişməliyik

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peresin azerisport.az saytına müsahibəsi

- AÇ-2016-nın final mərhələsinin püşkünü necə qiymətləndirə bilərsiniz?
- Normal püşkdür. Avropa çempionatı çox güclü turnirdi. Şəxsən mənə rəqib seçmək şansı verilsəydi, çox böyük çətinlik çəkərdim. Rəqiblərin hamısı yaxşıdır. İtaliya son Avropa çempionudur, Çexiya da təcrübəli komandadır. Reytinq baxımından qrupumuzun üçüncüsüyük. Amma buna baxmayaraq, şansımız var. Biz də sonadək mübarizə aparacağıq.

- Belqraddakı püşkatmaya siz də getmişdiniz. Rəqiblərlə görüşünüz oldu?
- Bəli. Söhbət etdik. Bütün komandalar bir-birinə hörmətlə yanaşdı.

- Yığmamız son iki tsikldə qrupdan çıxa bilməyib. Bu dəfə necə olacaq?
- Biz qrupdan çıxmaq istəyirik. Gənc oyunçularımız var. Çalışmaq lazımdır. Bunun üçün vaxtımız da var.

- Son AÇ-də Azərbaycan İtaliyaya 0:7 hesabıyla uduzub. İtalyanların hazırda zəifləmədiyini nəzərə alsaq, həmin nəticə yenidən təkrarlana bilər?
- Biz bunu istəmirik. Azərbaycan yığması dəyişib. Şübhəsiz ki, qarşımızda da yeni hədəflər var. Bu hədəflərin arasında böyük hesablı məğlubiyyət yoxdur.

- Dünya çempionatının seçmə mərhələsindəki şanslarımız barədə nə düşünürsünüz?
- Komandamızda özünəinam yaranıb ki, bu, çox vacib məsələdir. Azərbaycan dünya çempionatında heç vaxt oynamayıb. Ümid edirəm ki, biz bu dəfə vəziyyəti dəyişə biləcəyik. Qrupda minimum ikinci yeri tutmalıyıq ki, ən azı pley-offa vəsiqə qazanaq. Xorvatiya və Belarus güclü komandadır. İlkin təsnifat mərhələsindən gələcək rəqibimizin də kimliyindən asılı olmayaraq, uğur qazanmağa çalışacağıq.

- Bu ilin dekabr və gələn ilin fevral ayı millimiz üçün çox vacib olacaq. Necə hazırlaşmağı düşünürsünüz?
- Bizə təlim-məşq toplanışı və yoxlama oyunları lazımdır. Noyabrda Moskvaya toplanışa getməyi planlaşdırırıq. Orada Rusiya yığması ilə yoxlama görüşləri keçirməliyik. Hələ ki, qarşıdakı planlarımızla bağlı bunları deyə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.