4 oktyabr 2015 14:00
Mirhüseyn Seyidov: Qarabağa qalib gəlmək istəyirik
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə "Qarabağ" arasındakı oyunlar həmişə gərgn keçir. Biz bu görüşə ciddi hazırlaşmışıq. Yaxşı futbol sərgiləmək istəyirik. Əlbəttə, qələbə qazanmağın əleyhinə deyiləm. Amma əsas çempiona uduzmamaqdır. Bilirəm ki, bunun üçün çox çətinlik çəkməli olacağıq. Çünki bizdə hücumçulardan nə Dieqo Martins, nə də Rauf Əliyev oynayacaq. Ümid edirəm ki, baş məşqçimiz nəsə fərqli ideya ortaya qoyacaq".
