4 oktyabr 2015 12:40

Rahid Əmirquliyev: İtaliyaya uduzmamağa, Bolqarıstana qalib gəlməyə çalışacağıq

Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- Son turdakı "Zirə"yə məğlubiyyətdən sonra "Qəbələ" ilə görüşə necə hazırlaşmısınız?
- Yaxşı hazırlaşmışıq. Çətin olacağını bilirik. Rəqib bu mövsüm çempionluğa köklənib. "Zirə"yə məğlub olmağımıza baxmayaraq, komandamızda ab-hava yaxşıdır. Çünki uduzsaq da, yaxşı futbol sərgiləmişdik. Bircə səhvə yol verdik ki, o da qolla nəticələndi. Təəssüf ki, hər oyun öncəsi heyətimizdəki problemlərdən danışmalı oluruq.

- "Qəbələ"yə də qarşı Orxan Əliyevsiz, Rasim Ramaldanovsuz oynayacaqsınız...
- Bu, bizim üçün cidi problemdir. Çünki heyətimizdə onsuz da çox futbolçu yoxdur. Bu üzdən hansısa dəyişiklik etmək də problemə çevrilir. Bütün bunlara baxmayaraq, "Qəbələ"yə qarş yaxşı oynamağa, öz futbolumuzu sərgiləməyə çalışacağıq.

- Sizi hansı nəticə qane edəcək?
- Ən azı uduzmamalıyıq.

- Şans çox azdır. Razısınız?
- Əlbəttə. "Qəbələ" favoritdir.

- Rusiya "Krasnodar"ı ilə Avroliqa matçı "Qəbələ"nin xeyli güc itirməsinə səbəb oldu. Bu, sizə hansısa üstünlük qazandıra bilər?
- Bunun bizə hansısa üstünlük qazandırdığını düşünmürəm. Qəbələ klubunun heyətində kifayət qədər futbolçu var. Bu üzdən də onların yorğunluqdan əziyyət çəkməsi mümkün deyil.

- Robert Prosineçkinin yığmaya çağırdığı futbolçular arasında sizin də adınız var. Öz oyununuzdan razısınız?
- (gülür) Əsas odur ki, kənardan baxanlar razı olsunlar. Yaxşı formada olmağa çalışıram. Həm də mövsüm hələ yeni başlayıb. Nəticə çıxarmaq tezdir. Bütövlükdə mövsümün startını mənim üçün uğurlu saymaq olar. Amma mən daha yaxşı oynamaq istəyirəm.

- İtaliya ilə oyun öncəsi həyəcan var? Həm də bu oyun Bakı Olimpiya Stadionunda keçiriləcək...
- Xüsusi həyəcan yoxdur. Amma bu oyunu düşünməyə başlamışam. Yeni stadion, böyük rəqib... Azərbaycan yığması artıq dörd oyundur rəsmi qarşılaşmalarda uduzmur. Qarşıda daha iki seçmə mərhələ oyunu var. İtaliyaya uduzmamağa, Bolqarıstana qalib gəlməyə çalışacağıq. Fikrimcə, biz bolqarları səfərdə məğlub edəcək gücdəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.