4 oktyabr 2015 11:40
Yunis Hüseynov: Əliyev və Ramaldanovun oynamaması bütün planlarımızı korladı
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimiz elə də geniş deyil. Bu azmış kimi, Rasim Ramaldanovla Orxan Əliyev də qarşıdakı oyunu buraxmalı olacaq. Bu, bizim planlarımızı korladı. Gənc futbolçuları meydana buraxmalı olacağıq. Bütün çətinliklərə baxmayaraq, səfərə xal qazanmaq üçün gedirik".
