4 oktyabr 2015 11:00
Emil Balayevsiz Ayntraxt məğlub oldu
Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "İnqolştadt"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 9 xalla 12-ci pillədə qərarlaşıb.
