4 oktyabr 2015 00:05
Millimizin sabiq futbolçusu fərqləndi, komandası xal itirdi
Türkiyə PTT 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Samsunspor"la qarşılaşıb. Matç qolsuz başa çatıb - 0:0. Start heyətdə meydana çıxan Budaq bu dəfə də sonadək mübarizə aparıb. O, 75-ci dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 13 xalla 3-cü pillədə qərarlaşıb.
