3 oktyabr 2015 19:30
Kamran Ağayev 2 qol buraxdı, komandası xal itirdi
Türkiyə PTT 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb.
Sözügedən klub doğma meydanda "Alanyaspor"la qarşılaşıb. "Karşıyaka" bu görüşdə 2:2 hesablı heç-heçəyə razılaşıb. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Karşıyaka" 7 turdan sonra 6 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.
