3 oktyabr 2015 16:30
Petev Bolqarıstan yığmasına daha bir futbolçu cəlb etdi
Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycanla oyunlar üçün açıqladığı heyətə daha bir futbolçunun adını əlavə edib. Azerisport.az xəbər verir ki, o, Vençislav Xristovu da milliyə çağırıb.
Albaniyanın "Şkenderbeu" klubunda çıxış edən Xristov milliyə gəlməkdən imtina edən Andrey Qalabinovu əvəzləyib.
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək.
