3 oktyabr 2015 15:00
Xəzər Lənkəranda Qəbələ ilə oyun öncəsi iki itki
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılaşmaq üçün eyniadlı şəhərə yola düşüb. Azerisport.az xəbər verir ki, cənubluların düşərgəsində bu görüş öncəsi iki itki var.
Belə ki, müdafiəçi Rasim Ramaldanovla hücumçu Orxan Əliyev qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək. Onların hər ikisi zədədən əziyyət çəkir.
Qeyd edək ki, "Qəbələ" - "Xəzər Lənkəran" matçı oktyabrın 4-də keçiriləcək və saat 21:00-da start götürəcək.
