3 oktyabr 2015 14:30
Rasim Ramaldanov: Milli komandaya dəvət alacağımı gözləyirdim
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Bolqarıstanla oyunlar üçün açıqlanan heyətə daxil edilməməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü desəm, Azərbaycan yığmasına dəvət olunacağımı gözləyirdim. Amma mənə dəvət gəlmədi. Nə edə bilərəm? Bu, baş məşqçinin qərarıdır. Yığmaya çağırılmadığıma görə ruhdan düşməyəcəyəm. Öz üzərimdə daha çox çalışmalıyam. Ümid edirəm ki, yeni ildə dəvət alacağam".
