3 oktyabr 2015 20:49

Zirə Neftçiyə də qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 7-ci turun növbəti oyunu keçirilib. Azerisport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun ikinci oyun günündə də bir görüş gerçəkləşib.

Çempionatın debütantı “Zirə” “Neftçi”ni qəbul edib. Bu komandalar indiyədək qarşılaşmamışdılar. Liderdən cəmi iki xal geri qalan zirəlilər qələbə qazanacağı halda nəinki əsas izləyicisi "Neftçi"ni altı xal qabaqlayacaq, həmçinin zirvəni ələ keçirəcəkdi. Belə də olub. Cari mövsümün əsl sürprizi olan bu komanda "ağ-qaralar" üzərində də inamlı qələbəyə sevinib.

Topaz Premyer Liqası
7-ci tur

3 oktyabr (şənbə)

“Zirə” - “Neftçi” - 2:0 (1:0)
Qollar: İ.İvanoviç, 19 (1:0). N.Bonilya, 72 (2:0).
Qırmızı vərəqə: F.Muradbəyli, 47.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 8. Tərzin Cahangirov, 10. İqor İvanoviç, 32. Luis Alberto Dies, 27. Rəşad Abdullayev (k), 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 7. Rihayro, 2. Çimezi Mbah, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Kinta, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 16. Əziz Quliyev, 3. Filyo Jayro Rodriqes.
Baş məşqçi: Samir Əliyev.

Turun digər oyunları: AZAL - "Rəvan" - 1:0, 4 oktyabr (16:00. “Kəpəz” - “Sumqayıt”, 19:00. “İnter” - “Qarabağ”, 21:00. “Qəbələ” - “Xəzər Lənkəran”)

Bombardirlər:
3
- Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Dieqo Martins ("İnter"), Aleksey Qay ("Qəbələ"), Riçard Almeyda ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.