3 oktyabr 2015 00:35

Fakundo Pereyra: Qəbələ üçün hələ heç nə itirilməyib

"Qəbələ"nin hücumçusu Fakundo Pereyra Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı keçirdikləri səfər oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Demək olar ki, bərabər səviyyəli oyun oldu. Tərəflər növbə ilə üstünlüyə yiyələnirdi. Ona görə də matçın gedişatını öncədən müəyyənləşdirmək çətin idi. Hər iki komanda qalib gələ bilərdi. Təəssüf ki, buna biz yox, rəqib nail oldu.

- Hakim hesab 1:1 olarkən Dodonun vurduğu qolu qeydə almadı. Sizcə, ofsayd var idi?
- Oradan ofsayddan heç bir əlamət yox idi. Biz bu oyunda daha artığına layiq idik. Təəssüf ki, xalsız qaldıq. Bu, bizi çox məyus edir.

- "Krasnodar"ın baş məşqçisi deyib ki, "Qəbələ"nin müdafiəsində boşluqlar var idi. Bu, nə ilə bağlıydı?
- Ola bilsin ki, o, belə düşünür. "Krasnodar"ın da müdafiəsində boşluqlar olurdu. Hər halda bu, onun şəxsi fikridir. Amma "Krasnodar"ın baş məşqçisinin elə düşünməsi o demək deyil ki, biz onun komandasına qarşı zəif oynadıq. Əksinə, biz çox yaxşı mübarizə apardıq. Müdafiə xəttimiz də yaxşı çıxış etdi.

- Birinci hissədə təkcə müdafiədə yox, hücumda da oyununuz yaxşı alınmırdı. Niyə?
- Biz fasiləyə qədər tam köklənə bilməmişdik. Amma ikinci hissədə bunun öhdəsindən gəldik. İkinci hissədə 20-25 dəqiqə ümumiyyətlə bizim üstünlüyümüz şəraitində keçdi. Çoxlu qol vəziyyətimiz də var idi. Təəssüf ki, onlardan yararlana bilmədik. Nə etmək olar? Biz buraxdığımız səhvlər üzərində çalışmalı və onları vaxtında aradan qaldırmalıyıq.

- Bir hücumçu kimi qol vəziyyətlərindən yaxşı yararlana bilməməyinizi nə ilə əlaqələndirə bilərsiniz?
- Hücumları istədiyimiz kimi yekunlaşdıra bilmirdik. Biz öz üzərimizdə çalışmalıyıq. Hələ heç nə itirilməyib. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Hər şey həmin oyunları necə keçirməyimizdən asılıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.