2 oktyabr 2015 18:20

Azərbycan tanış rəqiblərlə üz-üzə

Xəbər verdiyimiz kimi, bu gün futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib. Azerisport.az xəbər verir ki, Serbiyanın Belqrad şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İtaliya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacağı bəlli olub.

Qeyd edək ki, millimiz bu rəqiblərlə AÇ-nin final mərhələsində ilk dəfə üz-üzə gəlmir. Belə ki, AÇ-2010-da Azərbaycan Çex Respublikası ilə iki dəfə qarşılaşıb. Millimiz qrup mərhələsində 6:1 hesablı qələbəyə sevinibsə, üçüncü yer uğrunda 3:5 hesabıyla uduzmuşuq.

İtaliya ilə də AÇ-2014-ün finalında bir dəfə qarşılaşmışıq. Həmin oyunda yığmamız 0:7 hesablı darmadağınla üzləşib.

İtaliya dünya reytinqində dördüncü, Çexiya 11-cidir. Azərbaycan isə 13-cü pillədə qərarlaşıb.

Sonda onu da xatırladaq ki, futzal üzrə Avropa çempionatı 2016-cı il fevralı 2-dən 13-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.