Aleksey Qay: Qəbələ 2-ci qolu da vura bilərdi ki, bu, sevindirməyə bilməz
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirilmiş oyundan (1:2) sonra bir sıra suallara cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- "Krasnodar"ın bu turnirdə böyük təcrübəsi var. Amma buna baxmayaraq, biz qiymətsiz təcrübə toplamış olduq. Artıq bundan nəticə çıxarmalıyıq.
- Baş məşqçi oyundan sonra nə dedi?
- Xeyr, bizim bu barədə ətraflı söhbətimiz olmadı. Amma uduzsaq da, sevindirici məqam da var. Belə ki, biz bu oyunda qələbə qolunu vura, qalib gələ də bilərdik.
- "Krasnodar" sizi nə iləsə təəccübləndirə bildi?
- Rəqibin yaxşı komanda olduğunu bilirdik. Onlar kombinasiyalı futbola üstünlük verirlər. Onlar bu oyunda bir daha necə sürətli futbol oynaya bildiklərini göstərdilər. Biz də gələcək oyunlar üçün bundan nəticə çıxarmalıyıq.
- Oyundan sonra ofsayda görə hesaba alınmayan qolla bağlı müzakirələr oldu, təkrara baxdınız?
- Mən belə şeyləri sevmirəm. Qol qeydə alınmayıbsa, artıq heç nəyi dəyişmək mümkün deyil.
