2 oktyabr 2015 16:40

Old Traffordda oynayacaq azərbaycanlı futbolçunun adı açıqlandı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakcell şirkəti “Mançester Yunayted” Futbol Məktəbinin təşkilatçılığı ilə Bayıl stadionunda keçirilən Bakı Bacarıqlar Yarışının nəticələrini elan edir. Azerisport.az xəbər verir ki, Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək “World Skills Final” oyunlarında Azərbaycanı təmsil etmək üçün hazırda “Mançester Yunayted” Futbol Məktəbində təlim keçən 43 oyunçudan 42 nəfəri seçmə oyunlarda iştirak ediblər.

Seçim prosesi zamanı gənc futbolçular “Mançester Yunayted” qəhrəmanlarından öyrəndikləri təcrübə ilə təkmilləşdirilmiş futbol bacarıqlarını nümayiş etdiriblər. Bu oyunlar elə təşkil olunub ki, yaşından asılı olmayaraq bütün uşaqlar bərabər səviyyədə yarışa bilirlər. Bacarıqları və texnikaları topa nəzarətdən tutmuş ötürmə dəqiqliyinə kimi ölçülmüş oyunçulara xallar verilib.

Ən çox xal toplayan 11 yaşlı Nicat Quliyev Böyük Britaniya və bütün dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışmasında Azərbaycanın “Mançester Yunayted” Futbol Məktəbini təmsil edəcək.

“Məktəbimizin 2014-cü ilin oktyabr ayındakı açılışından bəri görülən böyük işlərə və göstərdikləri səylərə görə bütün valideynlərə, uşaqlara və Bakı “Mançester Yunayted” Futbol Məktəbinin işçi heyətinə təşəkkür edirəm. Bakıdakı bu yarış bizim burada, bu məktəbdə nələr yaratmağa çalışdığımızı, əyləncə, motivasiya, iştirak, müsbət öyrənmə mühitində sağlam rəqabəti çox gözəl əks etdirən bir hadisədir. Yarışlarda qalib gəlmiş Nicat Quliyevi təbrik edirik. Mançesterə səyahət edib “Arzular Teatrında” əsas yığmanın məşqlərini və oyunlarını seyr etmək, “World Skills Final”da dünyanın müxtəlif guşələrindən, Asiya, Avropa və Amerika qitəsindən bu oyunlara qatılan digər futbolçularla yarışaraq bizim məktəbimizi və Azərbaycanı təmsil etmək onun üçün böyük bir həyat təcrübəsi olacaq! Məktəbimizdə oxuduğu müddətdə həm meydançada, həm də meydançadan kənarda var gücü ilə çalışmış və hamının hörmətini qazanmış Nicat Bakı “Mançester Yunayted” Futbol Məktəbinin “elçisi” adına həqiqətən layiqdir və bizim hamımız ona bu səfərində uğurlar arzulayırıq. Bir daha hamıya, o cümlədən, göstərdikləri davamlı dəstəyə görə Bakcell şirkətinə və AFFA-ya təşəkkürümüzü bildiririk. QOY UŞAQLAR FUTBOL OYNASIN!”, deyə Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennet (Mick Bennett) bildirib.

2015-ci ildən başlayaraq, Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbində “World Skills Final” oyunlarına seçimlər müntəzəm əsasda keçiriləcək. Bu məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər seçilərək adıçəkilən oyunlarında iştirak etmək üçün Manşesterə gedəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.