2 oktyabr 2015 15:00
Fakundo Pereyra: Dodonun qol vurduğu epizodda ofsayddan heç bir əlamət yox idi
"Qəbələ"nin hücumçusu Fakundo Pereyra Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesablı məğlubiyytlə bağlı bunları söyləyib:
"Biz "Krasnodar"a qalib gələ bilərdik. Dodo qol vurduğu epizodda hakimin niyə ofsayd qeydə aldığını anlaya bilmirəm. Orada ofsayddan heç bir əlamət yox idi. Biz qələbəyə layiq idik. Amma evə əliboş qayıdırıq. Bu, bizi çox məyus edir".
