2 oktyabr 2015 14:45
Stiven Defur: Qazonun vəziyyəti Qarabağa məğlubiyyətimizə bəraət qazandıra bilməz
Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Stiven Defur Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"Uduzmağımızda özümüz günahkarıq. Qazonun vəziyyəti məğlubiyyətimizə bəraət qazandıra bilməz. Rəqib müdafiəmizdəki boşluqdan yaxşı yararlandı. Müdafiədə elə də yaxşı çıxış etmədik. İkinci hissədə qol vurmaq üçün xeyli şansımız oldu. Amma yararlana bilmədik. Artıq "Tottenhem"lə oyunda mütləq qələbə qazanmalıyıq".
