2 oktyabr 2015 14:30
Vaqif Cavadov: Krasnodara qələbə üçün getmişdik
"Qəbələ"nin yarımmüdafiəçisi Vaqif Cavadov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Biz iki fərqli hissə gördük. Komandamız ikinci hissədə daha yaxşı oynadı. Bütövlükdə, bu oyundan qələbə ilə ayrıla bilərdik. Təəssüf ki, matçın sonlarında qol buraxdıq. Halbuki, səfərə qələbə qazanmaq üçün yollanmışdıq. Önümüzə baxmalıyıq".
