2 oktyabr 2015 14:15
Andreas Qranqvist: Qəbələ qol vurandan sonra bizə daha çətin oldu
Rusiyanın "Krasnodar" klubunun kapitanı Andreas Qranqvist Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Bu oyun bizim üçün çox vacib idi və şadam ki, qalib gəlib, üç xal qazandıq. Birinci hissəni yaxşı keçirdik, çoxlu hücum təşkil etdik. Bizim bir neçə yüzfaizlik qol vəziyyətimiz oldu. Təəssüf ki, onların yalnız birindən yararlana bildik. İkinci hissədə isə bərabər oyun getdi. Bəzən yaxşı, bəzən pis oynadıq. Nəticədə qol buraxdıq. Ondan sonra bizə daha çətin oldu. Lakin matçın sonunda qələbə qolunu vurmağı bacardıq. Ən vacibi də bu oldu".
