2 oktyabr 2015 13:30
Robert Prosineçki iki oyunu stadiondan izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 7-ci turunun iki oyununu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis “Zirə” - “Neftçi” və “İnter” - “Qarabağ” oyunlarına stadiondan baxacaq.
Qeyd edək ki, millimizi qarşıda AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə ev (10 oktyabr) və Bolqarıstanla səfər (13 oktyabr) oyunu gözləyir.
