2 oktyabr 2015 13:00

AFFA Smart oyun idarəetmə sistemini tətbiq edəcək

Bu ildən etibarən AFFA tərəfindən təşkil olunan U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarında “Smart oyun” adlandırılan elektron idarəetmə sistemi tətbiq olunacaq. Azerisport.az xəbər verir ki, 12 mərkəzləşdirimiş regionda AFFA-nın yerli nümayəndələri tərəfindən bu sistemə giriş təmin edilib.

Bu ildən etibarən mərkəzləşdirimiş regionlarda keçirilən oyunların sənədləşmə prosesi, oyun protokollarının doldurulması və nəticələrin ötürülməsi, təqvim və turnir cədvəlinin işlənilməsi online olaraq smart sistemlə idarə olunacaq. Bu məqsədlə AFFA tərəfindən regionlardan müvafiq mərkəzlərə uyğun olaraq əməkdaşlar işə götürülüb və müvafiq avadanlıqla təmin olunub. Sistemin tətbiqi yarışların keçirilmə prosesinin  təkmilləşdirlməsini və sürətləndirməsini, uşaq liqalarının idarəetməsində müasir texnologiyaların istifadəsini  təmin edəcək, həmçinin sistemə daxil olunacaq məlumatların elektron mübadilə vasitələrində, sosial şəbəkələrdə yayılmasına, liqaların təbliğatının gücləndirilməsinə təkan verəcək.

Oyunlar başa çatdıqdan sonra digər məlumatlarla yanaşı, qarşılaşmalarda çəkilmiş fotolar da sistemə, paralel olaraq, AFFA-nın sosial şəbəkələrdəki səhifələrinə daxil olunacaq və oyunların iştirakçısı olan uşaqlar, eləcə də, azarkeşlər həmin fotolara baxmaq, o cümlədən şəkilləri istifadə etdikləri cihazlara yükləmək imkanı əldə edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.