2 oktyabr 2015 20:47

AZAL ilk qələbəsini Rəvan üzərində qazandı

Bu gün Topaz Premyer Liqasında 7-ci tura start verilib. Azerisport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun ilk oyun günündə bir görüş keçirilib.

AZAL doğma meydanda "Rəvan"la münasibətlərinə aydınlıq gətirib. Cari mövsümə çox pis başlayan, ilk xalını ötən tur "Sumqayıt"la qarşılaşmada qazanan Tərlan Əhmədovun komandası bu dəfə cari mövsümün ilk qələbəsini də rəsmiləşdirə bilərdi. Amma Emin Quliyevin çalışdırdığı "Rəvan" da qələbə üzünə həsrət idi. Bu baxımdan turnir cədvəlinin son iki pilləsində qərarlaşmış komandaların dueli böyük maraqla gözlənilirdi. "Təyyarəçilər" bu görüşü vurduqları erkən qolla qalib başa vurublar.

Topaz Premyer Liqası
7-ci tur

2 oktyabr (cümə)

AZAL - “Rəvan” - 1:0 (1:0)
Qol: N.Kvirtiya, 7 (1:0).
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev.
Bakı. “AZAL Arena”.

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 28. Müşfiq Teymurov, 9. Aydın Qasımov, 20. İsmayıl İbrahimli, 11. Ruslan Nəsirli, 15. Rüfət Musayev, 7. Tərlan Xəlilov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Rəvan”: 32. Konstantin Maxnovski, 21. Novruz Məmmədov (k), 6. Vüqar Bəybalayev, 16. Orxan Lalayev, 11. Şeriff Suma, 18. Samuel Barlay, 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov, 19. Tural Qürbətov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 8. Məhəmməd Quliyev, 77. Cavad Kazımov, 7. Elvin Həsənəliyev, 39. Əlibəy Məmmədli, 10. Alibobo Raxmatullayev.
Baş məşqçi: Emin Quliyev.

Turun digər oyunları: 3 oktyabr (19:00. “Zirə” - “Neftçi"). 4 oktyabr (16:00. “Kəpəz” - “Sumqayıt”, 19:00. “İnter” - “Qarabağ”, 21:00. “Qəbələ” - “Xəzər Lənkəran”).

Bombardirlər:
3
- Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Dieqo Martins ("İnter"), Aleksey Qay ("Qəbələ"), Riçard Almeyda ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.