Armenteros: Anderlextlə oyunda özümü yaxşı tərəfdən göstərmək istəyirdim
"Qarabağ"ın hücumçusu Samuel Armenteros Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Anderlext" üzərində qələbəni necə şərh edə bilərsiniz?
- Çox sevincliyəm. Komandamız 90 dəqiqə ərzində yaxşı futbol oynamağa çalışdı. Riçard Almeyda isə fantastik qol vurdu. Ona görə də bu qələbəyə görə çox şadam.
- Keçmiş komandanıza qarşı oynamaq necə idi?
- Əlbəttə, bu, xüsusi hissdir. Bir neçə il "Anderlext"də oynamışam, oradakı uşaqları yaxşı tanıyıram. Ona görə də özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. Lakin ən vacibi odur ki, "Qarabağ" bu gün üç xal qazandı.
- Oyundan sonra rəqib komandanın paltardəyişmə otağına getdiniz. Nədən danışırdınız?
- Orada çoxlu dostlarım, tanışlarım var. Onlar üçün darıxdığımı söylədim. Həm də onlara gələcək oyunlarda uğurlar arzuladım.
- Qol vura bilmədiniz üçün üzgün deyilsiniz?
- Hücumçu kimi, əlbəttə, məyusam. Özü də keçmiş komandama qarşı oyundan sonra.
- Əvəzlənməyinizə səbəb nə idi?
- Mən sonuncu 90 dəqiqəni tam olaraq bir neçə ay əvvəl oynamışdım. Yenidən əvvəlki tempə qayıtmağım üçün zamana ehtiyac var.
