2 oktyabr 2015 02:20
Elxan Abdullayev: Qəbələ Bakıda Rusiya klubuna qalib gələ bilər
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirdiyi səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Qəbələ" pis oynamadı. Bizim klub xüsusilə ikinci hissədə yaxşı təsir bağışladı. "Qəbələ" bir neçə dəfə qol vurmağa yaxın oldu. Amma bəxt komandadan üz döndərdi. Məsələn, Rəşad Sadiqovun tirdən dönən topu yaxşı alınmışdı. "Krasnodar" güclü komandadır. Amma "Qəbələ" onlara istədikləri kimi oynamağa imkan vermədi. Rusiya klubuna Bakıda qalib gəlmək olar".
