2 oktyabr 2015 02:15
Oleq Kononov: Krasnodar layiqli qələbə qazandı
Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ev oyununu şərh edib. Azerisprot.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Oyunun çətin olacağını gözləyirdik. Bu barədə futbolçularıma da xəbərdarlıq etmişdim. Birinci hissə maraqlı oldu. Biz bir neçə yaxşı qol vəziyyəti yaratdıq. İkinci hissədə qol vəziyyətlərimiz az oldu. Amma onlardan birini yenə qola çevirməyi bacardıq. Fikrimcə, layiqli qələbə qazandıq".
