2 oktyabr 2015 01:30
Tahir Gözəl: Bu tempdə davam etsək, uğur qazana bilərik
"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçikanın "Anderlext" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
"Bu qələbə bizi qrupda ikinci yerə çıxardı. Ona görə də bu qələbəyə daha çox sevinirəm. Çox çətin qrupumuz var. Amma biz bu tempdə davam etsək, uğur qazana bilərik. "Qarabağ" əsl Avropa futbolu sərgiləyir. Bu, hiss olunur. Azarkeşlər oyunun əvvəlində elə də çox deyildi. Amma matçın gedişində tribunalar dolmağa başladı. Düzdür, biletlərin qiyməti bu dəfə bir qədər baha idi. Lakin biz hamılıqla bu kluba kömək etməli, komandanı dəstəkləməliyik".
