2 oktyabr 2015 00:30
Qurban Qurbanov: Komandadan gözlədiyimi oyunu görə bildim
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçikanın "Anderlext" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
"Bu gün komandamdan gözlədiyim oyunu görə bildim. Futbolçulardan razıyam. Qələbə qazansaq da, "Anderlext" çox güclü komandadır. Bu rəqib son dövrlər qarşılaşdığımız ən güclü rəqib idi. Vacib üç xal qazandıq".
